Təyyarədə mobil internetə görə 5463 avroluq qəbz


Digərləri 20 Apr 2019 23:50:00 233 0

Təyyarədə mobil internetə görə 5463 avroluq qəbz

Cənubi Belçikanın fransızca danışılan kiçik bir hissəsi olan Valonyada bloger olan bir adam, Brüsseldən Dubaya getmək üçün təyyarəyə minir.

Təxminən 6 saat 30 dəqiqə davam edən səfəri boyu kabelsiz interneti istifadə edən sərnişin, uçuş bitəndə etdiyi xərclərlə bağlı xəbərdarlıq mesajı aldı.

Son.az chip.az-a istinadən bildirir ki, gələn mesaj qarşısında təəccüb yaşayan bloger istifadə etdiyi operatorun müştəri xidmətlərində alıb. Belə ki, Belçikanın ən məşhur operatorunun istifadəçisi olan bloger uçuş zamanı istifadə etdiyi internet üçün tam 5.463 avro (5.463,17) ödəməli idi. Bunun səbəbi isə təyyarədəki internet əlaqəsinin peyk vasitəsilə həyata keçirilməsi olub.