Cinləri necə dəf etmək olar?


Digərləri 20 Apr 2019 21:20:00 239 0

Cinləri necə dəf etmək olar?

Böyük İslam alimlərindən olan Əllamə Seyyid Muhəmmədhüseyn Hüseyni cinlərin dəf olunması mövzusu haqqında buyurmuşdur: "Şeytan davamlı olaraq öz cin və insdən olan ordusunu möminlərin yolunu bağlamaq üçün hərəkətə gətirər. Bu bəladan nicat yolu isə Allaha təvəkkül edib, Ondan qeyrisindən əlini üzməkdir. Çünki hər şey Onun qüdrətindən və iradəsindən asılıdır".

Son.az deyerler.org-a istinadən bildirir ki, alim buyurur: "Bununla yanaşı bəzi tövsiyələrim vardır ki, onlara əməl edəsiniz:

1. Yaxşı olar ki, hər namazdan əvvəl siz və ailəniz bu zikri deyəsiniz:

أعوذُ بِاللهِ مِن هَمَزاتِ الشَّياطينَ و أعوذُ بِاللهِ أن يَحضُرونَ

2. Yaxşı olar ki, yaşadığınız mənzillər yerə yaxın olsun. Əgər çarəsiz yuxarı mərtəbələrdə yaşayırsınızsa, onda evinizin dörd küncünə "Ayətül-kürsü"nü yazıb yapışdırın.

3. Çalışın ki, həmişə dəstəmazlı olasınız. Səhər açılan zaman bir qədər kündür yandırın.