Bəşir getdi, yenə 1 milyon adam küçələrə çıxdı


Dünya 20 Apr 2019 18:19:00 240 0

Bəşir getdi, yenə 1 milyon adam küçələrə çıxdı

Sudanın paytaxtı Xartumda ötən gün 1 milyondan yuxarı insan Silahlı Qüvvələrin Baş qərbargahı qarşısına toplaşaraq diktator Ömər əl-Bəşiri devirmiş generalları hakimiyyəti mülki hökumətə təhvil verməyə çağırıb.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu aksiya ölkənin həmkarlar Assosiasiyasının çağırışı ilə baş tutub. Assosiasiya ölkədə etirazları təşkil edən "Dəyişiklik və azadlıq naminə birlik" hərəkatına daxildir.

Nümayişçilər hələ səhər saatlarından Baş qərargah qarşısındakı meydana toplaşmağa başlayıblar. Axşam saatlarında, yandırıcı istilər səngiyəndə isə meydana toplaşanların sayı yerli KİV-lərin məlumatlarına əsasən 1 milyonu keçib. Toplaşanlar özlərini dinc, sakit aparıblar, heç bir aqressiya nümayiş etdirməyiblər. Təhlükəsizlik qüvvələri də aksiyaya müdaxilə etməyib.

Xatırladaq ki, aprelin 11-də üç aydan çox davam edən etirazların ardınca Sudan ordusu Ömər əl-Bəşiri devirib, onu və hökumətinin üzvlərini həbs edib. Ölkədə keçid dövrü üçün Hərbi Şura yaradılıb.  Lakin Bəşiri devirən müdafiə naziri Avad bin Auf iki gün sonra özü də Hərbi Şura rəhbərliyindən istefa verib.