İsrail gimnastı: Bakıda yarışlar əla təşkil olunur


Digərləri 20 Apr 2019 16:52:39 190 0

İsrail gimnastı: Bakıda yarışlar əla təşkil olunur

Bakıda yarışlar əla təşkil olunur.

Bakı. Cani Babayeva - Bakıda yarışlar əla təşkil olunur. Bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turnirinin iştirakçısı, israilli gimnast Daria Atamanova deyib. O, Bakıda təlim-məşq toplanışında olduğunu, yarışda isə ilk dəfə iştirak etdiyini bildirib: "Burada çıxış etmək çox xoşuma gəldi. Milli Gimnastika Arenasının zalı çox gözəl, böyükdür, məşqlər üçün çox rahat zonası var. Turnir əla təşkil olunub, hər şey yüksək səviyyədədir, gimnastlar çıxışlara düz vaxtında başlayırlar". D.Atamanova iplər və topla tapşırıqları daha yaxşı yerinə yetirdiyini, bununla belə, nəticəsindən tam razı qalmadığını söyləyib.