Belarus gimnastı: "AGF Junior Trophy" turnirində finala çıxmağa ümid edirəm


Digərləri 20 Apr 2019 16:01:35 201 0

Belarus gimnastı: "AGF Junior Trophy" turnirində finala çıxmağa ümid edirəm

"AGF Junior Trophy" beynəlxalq turnirinin Belarusdan olan iştirakçısı Kseniya Steşits öz çıxışından məmnun qaldığını bildirib.

Bakı. Cani Babayeva - "AGF Junior Trophy" beynəlxalq turnirinin Belarusdan olan iştirakçısı Kseniya Steşits öz çıxışından məmnun qaldığını bildirib. İdmançı həm paytaxtımızla, həm də Milli Gimnastika Arenasında təşkil olunmuş oyunlarla bağlı təəssüratlarını Trend-lə paylaşıb: "İştirak etdiyim digər yarışlarla müqayisə etsək, Bakıdakı çıxışımdan razı qaldım. Özümü topladım və bütün tapşırıqları yaxşı yerinə yetirməyə çalışdım. Bakıya ilk dəfə gəlirəm və burada hər şey xoşuma gəldi. Buradakı Milli Gimnastika Arenası çox gözəldir, tamaşaçıların dəstəyi isə adama daha da güc verir. Yarışlar hələ davam edir və mən finala çıxmağa ümid edirəm". K.Steşits şəhərlə hələ yaxşı tanış olmağa imkanı olmadığını, bazar günü Bakıda gəzintiyə çıxacağını da bildirib.