Qırğızıstan milli komandasının məşqçisi: Ad gününü Bakıda keçirməkdən məmnunam


Digərləri 20 Apr 2019 14:52:00 171 0

Qırğızıstan milli komandasının məşqçisi: Ad gününü Bakıda keçirməkdən məmnunam

Ad günümü Bakıda, bu cür gözəl gimnastika zalında yetirmələrimlə birgə qeyd etməkdən məmnunam

Bakı. Ad günümü Bakıda, bu cür gözəl gimnastika zalında yetirmələrimlə birgə qeyd etməkdən məmnunam. Bunu Trend-ə Qırğızıstan milli komandasının məşqçisi Saule Tlebaldinova deyib. Məşqçinin ad günü olduğunu “AGF Junior Trophy”nin aparıcıları elan edib və ona hədiyyə və güllər təqdim edib. S.Tlebaldinova bunun gözlənilməz olduğunu deyib: “İlk dəfədir ki, mən ad günümü belə qeyd edirəm. Ötən il də ad günümdə Bakıda “AGF Junior Trophy”də idik, amma həmin gün öz gimnastlarımız çıxış etmirdi. Bu gün isə həmin yetirmələrimin çıxışı ilə üst-üstə düşdü. Bu, mənim üçün ikiqat bayram oldu”.