Türkiyədə 9 serial birdən final edir


Digərləri 20 Apr 2019 12:49:00 215 0

Türkiyədə 9 serial birdən final edir

Türkiyənin məşhur serialları bu sezon tamaşaçılarla vidalaşacaq.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, kifayət qədər reytinqi olan layihələr bu mövsüm final edəcək. Onlardan biri Show TV-də yayımlanan "Gülperi"dir.  Səs-küylü layihə 30 mayda efirlə sağollaşacaq.

"Med Yapım" tərəfindən ərsəyə gələn "Kızım" serialı da bu mövsüm final edəcək. İddia olunur ki, şirkət 2010-ci ildə baş rolu Cansu Derenin canlandıracağı yeni serial çəkəcək.

Bundan əlavə, "Med Yapım"ın digər ekran işi olan "Bizim Hikaye" də ekranlarla vidalaşır.  Layihənin sonuncu, 72-ci bölümü mayın 30-da efirdə yayımlanacaq.

Rəsmi açıqlama olmasa da, Kanal D-də yayımlanan "Çoçuklar Duymasın"da bu mövsüm final edəcək. 30 may günü sonuncu bölümü yayımlanan ekran işlərindən biri də "Çarpışma"dır.