Makron Türkiyəni qəzəbləndirdi


Dünya 20 Apr 2019 09:54:00 284 0

Makron Türkiyəni qəzəbləndirdi

Türkiyə Xarici İşlər Nazirliyi Fransa prezidenti Emmanuel Makronun PKK terror qruplaşmasının Suriya qolu - PYD/YPG tərəfindən idarə edilən qondarma Suriya demokratik qüvvələrinin nümayəndə heyəti ilə görüşünü pisləyib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə XİN-nin rəsmi nümayəndəsi Hami Aksoyun bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Terror təşkilatının Suriya qoluna süni legitimlik qazandırmaq məqsədini güdən bu təşəbbüs, çox yanlış addımdır. Türkiyə Suriyanın ərazi bütövlüyü və birliyinə qarşı yönəldilən hərəkətlərdən yayınmağa çağırır".