Ərəb koalisiyası husilərin mövqelərini bombaladı


Dünya 20 Apr 2019 09:06:00 202 0

Ərəb koalisiyası husilərin mövqelərini bombaladı

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyasının hərbi təyyarələri Yəmənin paytaxtı Sənada husilərin mövqelərinə zərbələr endirib.

Son.az Trend-ə istinadən bildirir ki, zərbələr nəticəsində pilotsuz uçuş aparatlarının saxlanıldığı anbar məhv edilib.

Məhv edilən anbar daha əvvəl Yəmən Milli Qvardiyasının bazası kimi fəaliyyət göstərib.