Apple HomePod 2 barəsində yeni məlumatlar var


Digərləri 19 Apr 2019 23:45:00 210 0

Apple HomePod 2 barəsində yeni məlumatlar var

AppleInsider saytının jurnalisltələri yeni nəsil Apple HomePod smart səsgücləndiricisi barəsində yeni məlumatlar aşkar ediblər. Bu barədə Macdigger saytı xəbər verib.

Son.az technote.az-a istinadən bildirir ki, beləliklə məlumata əsasən yeni nəsil HomePod öz istifadəçisinin yerləşdiyi yerə adaptasiya olmağa imkan verəcək təkmilləşdirilmiş intellektual stereosəs sistemini əldə edəcək. Smart səsgücləndirici avtomatik şəkildə istifadəçinin otaqda yerləşdiyi yeri təyin edəcək və əldə olunmuş məlumatlar əsasında səsin əks olunmasını və onun gücünü tənzimləyəcək.