Avropa şurası Süni Zəka barədə etik qaydalar siyahısını tərtib etdi


Digərləri 19 Apr 2019 23:15:00 243 0

Avropa şurası Süni Zəka barədə etik qaydalar siyahısını tərtib etdi

Avropa komissiyası eksperimental layihənin başlanmasını elan etdi. Bu layihədə bir sıra prinsiplər var hansılara ki, süni zəka yaradan şirkətlər və dövlət qurumları tərəfindən riayət edilməlidir. Bu prinsiplər Ayzek Azimovun 3 robototexnika qaydalarına bənzəmir, onlar robotların davranış qaydalarını təklif etmirlər. Bu qaydalar Robotların gələcəkdə cəmiyyət arasında yarana biləcək hüquqi və etik problemlərinə toxunurlar, çünki insanlıq hazırda SZ-nı səhiyyə və təhsil sistemlərinə inteqrasiya etməyi planlaşdırır və bunun üçün ön tədbirlərin görülməsi məqsədə uyğundur.

Son.az technote.az-a istinadən bildirir ki, bunun üçün 2018-ci ildə 52 müstəqil ekspert toplanılmışdır. Onlar gələcək Süni Zəka sistemlərin riayət etməli olduqları 7 əsas qaydanı tərtib ediblər.

İnsana yardım və nəzarət: SZ insanın avtonomiyasını pozmamalıdır, insanlar ilə manipulyasiya etməməlidir, onları heç bir məcburiyyət qarşısında qoymamalıdır, insanlar isə öz növbələrində proqram təminatının hər bir qərarına qarışmaq imkanına malik olmalıdır. Texniki etibarlılıq və təhlükəsizlik: SZ sistemləri kənar hücumlara qarşı möhkəm olmalıdırlar. Konfidensiallıq və məlumat idarəetməsi: Süni Zəkanın idarə etdiyi şəxsi məlumatlar konfidensial qalmalıdırlar. Şəffaflıq: Proqram təminatının qəbul etdiyi qərarlar insanlar üçün aydın və nəzarət edilə bilən olmalıdırlar. Hərtərəflilik, qeyridiskriminasiya və ədalər: SZ-nın təqdim elədiyi xidmət yaşından, cinsindən, irqindən və digər faktorlardan asılı olmadan hər kəs üçün əlçatan olmalıdır. Ekoloji və sosial xoşməramlılıq: Süni zəka sistemləri ekoloji baxımdan məsuliyyətli olmalıdırlar və pozitiv sosial dəyişiklilərə meylli olmalıdırlar. Cavabdehlik: SZ sistemlər korporativ informasiya imkanları vasitəsi ilə qorunmalıdırlar. Neqativ hallar barədə öncədən bildiriş verməlidirlər.