OnePlus 7 Pronun texniki göstəriciləri bilindi


Digərləri 19 Apr 2019 23:10:00 291 0

OnePlus 7 Pronun texniki göstəriciləri bilindi

Məşhur hindistanlı insayder Ishan Agarwal OnePlus 7 flaqman smartfonunun Pro modelinin texniki göstəriciləri barəsində məlumatlar verib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə insayderin verdiyi məlumata əsasən OnePlus 7 Pro modeli QHD+ keyfiyyətli 6.64 düym AMOLED ekran, 30 vatt gücündə enerji qəbul etməyə qadir Warp Charge adlı sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya və 3.1 versiyalı USB-C girişi ilə təchiz olunacaq.

Son.az technote.az-a istinadən bildirir ki, smartfon həmçinin stereo səsgücləndiricilərə və üçlü arxa kameraya sahib olacaq. Güman olunur ki, əsas kamera modulu 48 MP-lik, ikinci kamera genişformatlı modul, üçüncü kamera isə teleobyektiv modulu olacaq. İnsayder smartfonun hansı prosessora sahib olacağı barəsində məlumat verməyib. Lakin çox güman ki, söhbət, Snapdragon 855 prosessorundan gedir. OnePlus 7-nin OnePlus 7 Pro ilə birlikdə 14 may tarixində təqdim olunacağı gözlənilir.