Xiaomi Redmi 6 və Redmi 6A üçün Android Pie


Digərləri 19 Apr 2019 22:45:00 258 0

Xiaomi Redmi 6 və Redmi 6A üçün Android Pie

Xiaomi şirkəti büdcəli Redmi 6 və Redmi 6A smartfon modellərini keçən il təqdim etmişdi. Həmin vaxtda sözügedən smartfonlar Android Oreo əməliyyat sistemi vasitəsilə çalışırdılar. Lakin şirkət söz vermişdi ki, onlar Android Pie əməliyyat sisteminə kimi yenilənəcəklər. Lakin görünür, nəsə yolunda getmədi. Bu barədə Gagadget saytı xəbər verib.

Son.az technote.az-a istinadən bildirir ki, bu büdcəli iki smartfon modeli üçün Android Pie yenilənməsi ləğv edilib. Təəssüflər olsun ki, şirkət bunun səbəbi barəsində məlumat verməyib. Lakin çox güman ki, tərtibatçılar sadəcə olaraq Android Pie əməliyyat sistemini bu smartfonlarda olan zəif texniki göstəricilər üçün optimizasiya edə bilməyiblər. Qeyd etmək lazımdır ki, bu siyahıya həmçinin Redmi S2 smartfonu da daxil olub. Onun üçün də Android Pie yenilənməsi işıq üzü görməyəcək.