Üç yanacaq növü ilə işləyən avtomobil satışa çıxarılır


Digərləri 19 Apr 2019 22:50:00 231 0

Üç yanacaq növü ilə işləyən avtomobil satışa çıxarılır

Yaponiyanın "Toyota Motor Corp." şirkəti Braziliyada istehsal etdiyi ilk hibrid mühərrikli avtomobilini satışa çıxaracağını elan edib.

Son.az bakupost.az-a istinadən bildirir ki, Reuters agentliyindən verilən məlumata görə, şirkət dünyada ilk dəfə olaraq üç yanacaq növü - elektrik, etanol və qazla işləyən mühərriklə təchiz olunmuş "Corolla" modelini hazırladığını bildirib. "Toyota"nın yeni avtomobilləri nəhəng zavodun yerləşdiyi Braziliyadan dünyanın digər ölkələrinə ixrac ediləcək. Bu ölkədə zavodları olan başqa avtomobil şirkətləri, o cümlədən "General Motors" və "Volkswagen AG" isə yaxın vaxtlarda bu cür avtomobillərin istehsalını nəzərdə tutmadıqlarını bəyan ediblər.