Peruda avtobus qəzası: 8 nəfər ölüb,


Dünya 19 Apr 2019 21:39:00 210 0

Peruda avtobus qəzası: 8 nəfər ölüb,

Peruda sabiq prezident Alan Qarsiyanın partiyasının üzvlərini dəfn mərasiminə aparan avtobus qəzaya uğrayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qəza nəticəsində 8 nəfər ölüb, 49 nəfər yaralanıb. Partiya xadimləri aprelin 17-də korrupsiya işi üzrə həbs olunarkən intihar etmiş Alan Qarsiyanın dəfninə gedirdilər.

Faciə bu gün səhər saatlarında Lima rayonunda baş verib. Amerika xalq inqilabı alyansının nümayəndə heyətini aparan avtobus körpüdə maneəyə çırpılıb. Avtobusda ümumilikdə 54 sərnişin olub. Zərər çəkənlərdən 6-sı ağır vəziyyətdədir.

Xatırladaq ki, aprelin 17-də polislər Qarsiyanın Limanın Miraflores rayonundakı evinə gələrək onu həbs etməyə cəhd göstəriblər. Bu zaman sabiq prezident vəkilinə zəng etmək adı ilə otağa keçərək intihar edib. Başından yaralanmış Qarsiya xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.