Azərbaycan, Gürcüstan və Ermənistan selektiv abortlara görə liderdir


Digərləri 19 Apr 2019 21:02:00 203 0

Azərbaycan, Gürcüstan və Ermənistan selektiv abortlara görə liderdir

Təxminən 23 milyon qız uşağının ana bətnindəki həyatına sadəcə ona görə son verilib ki, valideynlər dünyaya gələcək övladlarının oğlan olmasını istəyiblər.

Müqayisə üçün deyək ki, 23 milyon - İspaniya əhalisinin yarısı, Avstraliya sakinlərininsə, demək olar ki, hamısı deməkdir. Bu, Belçika və ya Kubada yaşayanların sayından iki dəfə, Danimarka və Finlandiya əhalisindən isə dörd dəfə çoxdur.

Bu rəqəmlər ABŞ Milli Elmlər Akademiyasının jurnalında dərc edilmiş araşdırmadan götürülüb.

Dünya üzrə son bir neçə onilliyin doğuş statistikasını öyrənən alimlər aşkar ediblər ki, bir neçə ölkədə yeni doğulan körpələr arasında kəskin cinsiyyət fərqi yaranıb - oğlan uşaqlarının sayı artmaqdaykən qız uşaqlarının sayı azalmaqda davam edib.

Bu tendensiya daha çox 11 ölkədə, o cümlədən, keçmiş sovet respublikaları olan Azərbaycan, Gürcüstan, və Ermənistanda müşahidə olunub. Hamiləliyin ən çox pozulduğu ölkələr isə əhali sayının həddindən artıq çox olduğu Çin və Hindistandır.

İstənməyən qızlar

Doğulan hər 100 qıza orta hesabla 100 oğlan düşür. Bu nisbət ildən-ilə cüzi olaraq (1,03 - 1,07) dəyişsə də, ümumilikdə, bütün ölkələr üçün eyni qalır.

Ancaq təxminən 40 il əvvəl ortaya çıxmış texnologiya hələ doğulmamış uşağın cinsiyyətini müəyyənləşdirmək imkanı verdi və bu, selektiv abortlar praktikasını yaratdı.

Gələcək valideynlər hamiləliyi saxlayıb-saxlamamq haqqında qərar vermək fürsəti qazandılar.

Dünya üzrə doğum üzərində nəzarətin artması və uşaqların sayının azalması tendensiyası olsa da, getdikcə daha çox ailə uşağın cinsiyyətindən razı qalmadığı halda hamiləliyi bitirmə və yenidən cəhd etmə qərarı alır. Bir çox xalqlarda oğlan uşaqlarının doğulmasına üstünlük verilir.