DİN: Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb


Digərləri 19 Apr 2019 18:17:04 185 0

DİN: Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb, külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bakı. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb, külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Binəqədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əbdülqəlimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 50 qram marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 320 qram marixuana götürülüb.