İstirahət günləri səyahətə çıxanlar üçün


Digərləri 19 Apr 2019 17:34:00 250 0

İstirahət günləri səyahətə çıxanlar üçün

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə Böyük və Kiçik Qafqaza səyahət edənləri arabir yağışlı, dağlıq ərazilərdə qarlı hava şəraiti gözləyir.

Yağışın bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Aprelin 21-də gündüz saatlarında yağışda fasilə olacaq. Havanın temperaturu dağətəyi rayonlarda 10-14, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində hava şəraitinin yağışlı olacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Aprelin 21-də gündüz bəzi yerlərdə yağışda fasilə olacaq. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 9-13 dərəcə isti təşkil edəcək.