Şahin Mustafayev Azərbaycanİran əlaqələrindən danışdı


Digərləri 19 Apr 2019 16:14:00 188 0

Şahin Mustafayev Azərbaycanİran əlaqələrindən danışdı

"Azərbaycan-İran əlaqələri intensiv inkişaf edir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Hacıqabul Sәnaye Mәhәllәsindә Azәrbaycan vә İranın birgә avtobus və yük avtomobili istehsalı zavodunun tәmәlqoyma mərasimi zamanı deyib.

O, xüsusilə, ikitərəfli humanitar əlaqələrin yüksək səviyyəsini, nəqliyyat-tranzit, enerji, neft-qaz, ticarət sahələrində uğurlu əməkdaşlığı qeyd edib.

Birgə layihələr barədə danışan Ş.Mustafayev Neftçala Sənaye Məhəlləsində uğurla fəaliyyət göstərən avtomobil zavodunu da qeyd edib. O bildirib ki, ötən il müəssisədə 1000-dən çox avtomobil istehsal olunub.

Nazir əlavə edib ki, İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin səfəri çərçivəsində keçirilən görüşlərdə sənaye və ticarət sahələri ilə bağlı məsələlər müzakirə olunur.

Xatırladaq ki, bu gün Hacıqabul sәnaye mәhәllәsindә Azәrbaycan vә İranın birgә avtobus və yük avtomobili istehsalı zavodunun tәmәli qoyulub.