Tramp Türkiyəyə səfər edəcək?


Dünya 19 Apr 2019 12:59:00 219 0

Tramp Türkiyəyə səfər edəcək?

"Rəsmi Ankara ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfər edəcəyinə ümid edir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

İ.Kalın bildirib ki, Ankarada D.Trampı qəbul etməyə hazır olduqlarını dəfələrlə bəyan ediblər və Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatlar liderini şəxsən Türkiyəyə dəvət edib.

O əlavə edib ki, ABŞ Prezidenti Administrasiyasından D.Trampın cari il ərzində Türkiyəyə səfərini istisna etmirlər.