Yunus Oğuzun "Ovçu" romanı özbək dilinə tərcümə olundu


Digərləri 19 Apr 2019 12:46:43 224 0

Yunus Oğuzun "Ovçu" romanı özbək dilinə tərcümə olundu

Azərbaycan yazıçısı, türkoloq alim Yunus Oğuzun aprel döyüşlərinə həsr etdiyi "Ovçu" romanı Daşkənddə özbək dilinə tərcümə olunub.

Bakı. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bitən aprel döyüşlərinə dair layihə həyata keçirilir. Trend-in məlumatına görə, tanınmış Azərbaycan yazıçısı, türkoloq alim Yunus Oğuzun aprel döyüşlərinə həsr etdiyi "Ovçu" romanı Daşkənddə özbək dilinə tərcümə olunub. Kitabın yaxın zamanlarda Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə nəşri və təqdimatının keçirilməsi nəzərdə tutulub. "Ovçu" romanını özbək dilinə alim, tərcüməçi Gülbahar Aşurova çevirib. Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi olan aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bildirib ki, bu döyüşlər bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Prezident İlham Əliyev vurğulamışdır ki, bu hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək.