Vətəndaşların qaz və işıq problemlərinin həlli ilə bağlı İşçi Qrup yaradılıb


Digərləri 19 Apr 2019 12:09:00 188 0

Vətəndaşların qaz və işıq problemlərinin həlli ilə bağlı İşçi Qrup yaradılıb

Energetika Nazirliyində vətəndaşların qaz və işıq problemlərinin həlli məqsədilə İşçi Qrupu yaradılıb

Bakı. Vətəndaşların qaz və elektrik enerjisi təchizatı üzrə şikayətlərinin araşdırılması və problemlərin operativ həlli ilə bağlı Energetika Nazirliyində “Azəriqaz” İB, “Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, energetika naziri Pərviz Şahbazov əhalidən daxil olan müraciətlərin və qaldırılan məsələlərin həllinin nazirliyin nəzarətində olduğunu, bu istiqamətdə ümumi fəaliyyətin gücləndirilməsinin zəruriliyini bildirib.