Nazpəri məhəl qoymadı


Şou-biznes 19 Apr 2019 09:54:00 238 0

Nazpəri məhəl qoymadı

Xalq artisti Nazpəri Dostəliyeva ətrafında qalmaqal səngimək bilmir.

Son.az axşam.az-a istinadən bildirir ki, qardaşı qızı Pərvanə Dostəliyevanın sənətçinin və qardaş-bacısının haqda verdiyi  açıqlamalar sosial mediada geniş müzakirə olunur.

Ancaq Dostəliyeva bütün bunlar əhəmiyyət verməyərək, sosial media hesabında yeni fotolarını paylaşıb.

O, paylaşdığı fotosuna bu rəyi yazıb:

"Bir sənətkar olaraq hər zaman arxamca yaxşı da, pis də danışanlar olub. Gərək həyatda elə bir cümlə olasan ki, heç zaman sənə nöqtə qoya bilməsinlər. Dostlar, bu da yeni fotomdur. Bir az da bundan danışın".