DGKdan etirazlarının əks olunduğu video ilə bağlı


Digərləri 19 Apr 2019 08:01:00 254 0

DGKdan  etirazlarının əks olunduğu video ilə bağlı

Aprelin 18-də bəzi internet resurslarında Cənub Ərazi Baş Gömrük İdarəsinin qarşısında bir qrup şəxsin gömrük orqanlarına qarşı əsassız ittihamlara söykənən etirazlarının əks olunduğu videotəsvirlər yayımlanıb.

Son.az-a DGK-dən verilən məlumata əsasən, həmin görüntülərdəki şəxslər konkret fakt və ya dəlil olmadan gömrük orqanlarını və onun əməkdaşlarını qanunlara əməl etməməkdə günahlandırır.

Dövlət Gömrük Komitəsi bildirir ki, etiraz edən şəxslər mütəşəkkil şəkildə İran İslam Respublikasından müxtəlif adda məhsullar alaraq Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyən edilən məhdudiyyətlərdən yan keçmək məqsədilə qarşı tərəfdə əvvəlcədən razılığa gəldikləri şəxslərə paylayır, ölkənin gömrük sərhədindən keçirdikdən sonra malları həmin şəxslərdən toplayaraq satışını həyata keçirir.

Gömrük orqanlarının apardığı müşahidə və araşdırmalar nəticəsində bu şəbəkələr və İran İslam Respublikasından gətirilən malları müəyyən məbləğdə pul vəsaiti qarşılığında daşıyan və gömrük sərhədindən keçirən şəxslər müəyyənləşdirilib və qanunvericiliyin tələblərinə uyğun şəkildə müvəqqəti saxlanca götürülüb.