Bakıda 24 yaşlı gəncin qanını tökdülər
Digərləri 19 Apr 2019 07:41:00 210 0
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
Son.az oxu.az-a istinadən bildirir ki, gecə saat 10 radələrində Heydər Əliyev prospektində qeydə alınan hadisə zamanı naməlum şəxs və ya şəxslər 1995-ci il təvəllüdlü Bağırzadə Mirəli Seyidkazım oğlunu bıçaqlayıb.
Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, dərhal əməliyyata alınıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az