Zelenski Poroşenkonun əlinin kəsilməli olduğunu söylədi


Dünya 19 Apr 2019 07:31:00 233 0

Zelenski Poroşenkonun əlinin kəsilməli olduğunu söylədi

Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenski Ukrayna prezidenti Petro Poroşenkonun əlini sıxa bilmək imkanını itirməkdən qorxduğunu söyləyib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu yaxınlarda çıxışlarından biri zamanı korrupsiya ilə məşğul olan vəzifəli şəxslərin əlini kəsəcəyini bildirən Poroşenkoya Zelenski zarafatla cavab verib.

"Poroşenko deyir ki, bütün oğruların əlini kəsdirəcək. Mən qorxuram onunla görüşən zaman sıxmağa əl tapmayam, onun əlini sıxmaq fürsətini itirməkdən qorxuram",- deyə o rəqibinə söz atıb.