Saçı həftədə neçə dəfə yumaq olar?


Digərləri 18 Apr 2019 20:44:00 255 0

Saçı həftədə neçə dəfə yumaq olar?

ABŞ-ın bir neçə gözəllik salonunun işçiləri saçı nə qədər müddətdən bir yumaq lazım olduğunu açıqlayıb.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Sun" yazır.

Nyu-Yorkun eyniadlı salonunun yaradıcısı saçı şampun və kondisionerlə həftədə 2-3 dəfədən çox yumamaq lazım olduğunu bildirib. O, gündəlik saç yumanın saçlara ciddi ziyan vurduğunu deyib:

"Saç gündəlik yuyularsa, şampun başı təbii yağından məhrum edir, bu da quruluğa və saç qırılmasına səbəb olur", - mütəxəssis deyir.

Saçlar qırılmağa meyillidirsə, onları lap gec yumaq lazımdır. Məşhurların stilisti Pol Kuçinello tez-tez edilən saç düzləşdirmənin nəticəsi olan zədələnmiş saçları həftədə maksimum iki dəfə yumaq lazım olduğunu deyir.