Avtomobillər bahalaşa bilər


Digərləri 18 Apr 2019 17:29:00 273 0

Avtomobillər bahalaşa bilər

Hazırda maşın bazarında qiymətlərin ucuzlaşması müşahidə olunsa da, bu, hiss olunacaq qədər deyil. 

Son.az xəbər verir ki. bu fikirləri Oxu.az-a müsahibəsində nəqliyyat eksperti Elməddin Muradlı deyib.

"Bu ilin əvvəlində gömrük rüsumlarının artırılması avtomobillərin qiymətlərinin qalxmasına səbəb olmuşdu. Bəziləri ötən ilin sonunda rüsumların artırılmasından xəbərdar idilər və bunun üçün gömrük rüsumu aşağı olan vaxtda çoxlu sayda avtomobilləri ölkəyə gətirərək, baha qiymətə satmaq istəyirdilər. 

Ancaq onların niyyəti baş tutmayıb. Hazırda həmin avtomobillər bazarda qismən aşağı qiymətə təklif olunur. Amma yenə də ötən illə müqayisədə, qiymətlər heç də ucuz hesab edilə bilməz", - o bildirib. 

Ekspertin sözlərinə görə, yerli avtomobillərin istehsal edilməsi bazardakı qiymətlərin də ucuzlaşmasına səbəb olan amillərdəndir. 

"Çünki bir çox dövlət qurumları hazırda xidməti maşın kimi yerli istehsal olan avtomobillərdən istifadə edir. Bütün bunların fonunda avtomobillərin qiymətində tam olaraq ucuzlaşma gözləmirəm", - o əlavə edib.