Azərbaycanda bəzi avtomobillərin qiyməti düşüb


Digərləri 18 Apr 2019 14:49:00 183 0

Azərbaycanda bəzi avtomobillərin qiyməti düşüb

2019-cu ilin mart ayında təkrar bazarda mühərrik həcmi 2-3 litr olan avtomobillərin orta qiyməti 38 760 manat təşkil edib ki, bu da keçən ilin göstəricisi ilə müqaisədə 11 faiz azdır.

Son.az bildirir ki, bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.

Azlitrajlı avtomobillərin (mühərrik həcmi 2 litrə qədər) orta qiyməti 14 870 manat təşkil edib ki, bu da keçən ayla müqayisədə 7,03 faiz çoxdur. Mühərrik həcmi 3 litrdən çox olan avtomobillərin isə qiyməti 7,78 faiz enib və 91 143 manat təşkil edib.

N.İbrahimov qeyd edib ki, paytaxtın avtomobil bazarında 2019-cu ilin martında satışa 1352 avtomobil çıxarılıb ki, bu da əvvəlki ayla müqayisədə 22,2 faiz az deməkdir.