İnsanı cavanlaşdıran İNANILMAZ SİRR: sən demə, bunu etmək orqanizmi qocaldır


Digərləri 17 Apr 2019 23:02:00 233 0

İnsanı cavanlaşdıran İNANILMAZ SİRR: sən demə, bunu etmək orqanizmi qocaldır

Sizə bir sirr açım: Məlum olub ki, qocalıqla ciddi və fəal şəkildə mübarizə aparan adamlar daha tez qocalır.

Son.az cavanlaşma prosesini təbii şəkildə aktivləşdirmək üsulu ilə tanış edir. İnsan pxisikası daxilində baş verən hər bir proses üzündə və bədənində əks olunur. Sağlam psixika isə faydalı hormonların ifrazını stimullaşdırır. Bu, elmi cəhətdən sübuta yetirilib.

Məlum olub ki, yaşlanma əlamətlərinə qarşı aktiv mübarizə aparanlar, pəhriz və rejimi təqib edənlər, üzündə mimik qırışlar yaranmaması üçün gülməməyə çalışanlar birinci qocalır. Qocalıq qorxusu onunla ciddi və fəal şəkildə mübarizə aparan adamları daha tez qocaldır. Lakin bu, o demək deyil ki, nəmləndirici kremləri atmaq və gözəllik prosedurlarını dayandırmaq lazımdır. Xüsusilə idman məşqlərinə stop demək qətiyyən doğru deyil. Bütün bunları yerinə yetirmək lazımdır, lakin sevgi ilə...

Psixoloqlar və kosmetoloqlar iddia edir ki, gözəlliklə mübarizə aparmaq yox, qocaqlıq haqqında çox düşünmək vaxtından əvvəl qocalığa gətirib çıxarır.

İlk baxışda sağlamlığına və gözəlliyinə diqqət edən adamlar əslində xəstələnmək və qocalmaqdan qorxur. Və qocalıqla bağlı qara düşüncələr qocalma prosesini hərəkətə keçirir. Bütün düşüncələri qocalıq zəbt edibsə, bədən ağılın komandalarına boyun əyir.