Kasıbın evi yandı, dövlətliyə xəbər oldu


Dünya 17 Apr 2019 22:31:00 193 0

Kasıbın evi yandı, dövlətliyə xəbər oldu

Avropada muzeylərin, kilsələrin və digərlərin ən əhəmiyyətli görməli yerlərin yanğından mühafizə sarıdan vəziyyətin hərtərəfli yoxlanılması başlanılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, son bir sutka ərzində həmin obyektlərin yanğın təhlükəsizliyinin gücləndirilməsi istiqamətində tədbirlər görülüb. Məsələn, Parisdəki yanğından sonrakı gün ərzində Köln kilsəsində, Esterqom bazilikasında, Antverpen kilsəsində, habelə Praqadakı Müqəddəs Vit kilsəsində yoxlamalar aparılıb. Gözlənildiyinə görə, dünya əhəmiyyətli obyektlərin demək olar hamısında buna oxşar prosedurlar həyata keçiriləcək.