İki əsrə tikilmişdi, bir gecəyə külə döndü NotrDamın şahidlik etdiyi tarix VİDEO FOTO


Digərləri 17 Apr 2019 21:26:00 304 0

İki əsrə tikilmişdi, bir gecəyə külə döndü  NotrDamın şahidlik etdiyi tarix  VİDEO  FOTO

"Fransanın ürəyi və Avropanın ruhu" adlanan Notr-Dam kilsəsinin yanaraq kül olması tarixsevənləri kədərə boğub.

Əzəmətli "Notre-Dame de Paris" gözlər önündə alışdı və doqquz əsrlik tarixdən geriyə sadəcə kül yığını qaldı. Lakin bu, binanın başına gələn ilk faciə deyil. Qotik üslublu tarixi abidə doqquz əsr boyunca dəfələrlə dağıntılara məruz qalıb. 

Son.az oxu.az-a istinadən tikilməsi iki əsr çəkən Notr-Dam kilsəsinin "başına gələnləri" ixtisarla təqdim edir:

Notr-Dam və ya Məryəm Ana kilsəsi 1163-1345-ci illərdə Paris yepiskopu Moris de Sullinin təşəbbüsü ilə Parisin başladığı İl de la Site adasında tikilib. Kilsənin yerində əvvəllər Lyutesiya adlı qədim kənd olub.

Qazıntılar zamanı kilsədən Yupiter və digər tanrılara məxsus kadrların tapılması kilsənin yerində əvvəllər məbəd olduğunu göstərir.

Kilsə 1239-cu ildə Müqəddəs Tacın orta əsrlər kral sarayına gətirilməsinə, 1804-cü ildə Napoleonun tacqoyma mərasiminə, fransız siyasətçilərin, prezidentlərin ölümünə - bir çox tarixi hadisələrə şahidlik edib.

Fransa inqilabı dövründə, XVIII əsrin sonlarında Notr-Dam kilsəsi "cəhalətpərəstlərin ocağı" kimi sökülmə təhlükəsi qarşısına olub. Maksimilian Robespyerin sərəncamına əsasən, onun qorunub saxlanılması müqabilində dindar parislilər "inqilabın xərcləri"nin müəyyən hissəsini ödəməli idilər. İnqilab zamanı bir çox monarxiya simvolları məhv edilsə də, Notr-Dam "ayaqda qalmağı bacardı".

Robespyer şəxsən fransız krallarının heykəllərinin başlarının kəsilməsinə göstəriş vermişdi. 

Şpil (binanın üstündəki uzun mil - qeyd.) söküldü, zınqırovları isə toplara çevirdilər, heykəllərin çoxunu dağıtdılar. İtirilmiş bəzi sənət işləri yalnız 200 il sonra qaytarıldı.

1970-ci illlərdə onların bir çoxunu Parisdəki evlərin birində tapdılar. Evin sahibi həmin relikviyaları inqilabçılardan satın alaraq, "yaxşı zamanlar üçün" göz bəbəyi kimi qorumuşdu. 

Notr-Dam Fransa imperatoru, Fransa inqilabi ordusunun generalı Napoleon Bonapartın həyatında da önəmli yer tutub. 

Napoleon xalq səsverməsindən sonra imperatorluğa layiq bilinərək 2 dekabr 1804-cü ildə Notr-Dam məbədində papa VII Piyin xeyir duası ilə imperator elan edilərək taxta çıxıb.

26 may 1805-ci ildə Milan kafedralında başına Lanqobard krallığının Dəmir tacı qoyularaq İtaliya kralı elan edilib.

Notr-Dam deyəndə ağıla gələn ilk nüanslardan biri də dahi yazıçı Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi" əsəridir. Hüqo bu kilsənin tarixinə öz qələmi ilə damğa vurmağı bacarıb. Belə ki, 19-cu əsrdə dağılıb-tökülmək üzrə olan kilsənin sökülərək, yerində yenisinin tikilməsi məsələsi gündəmdə idi. Lakin Hüqo qələmini işə salır və kilsəyə roman həsr edir.

Özünün də nəzərdə tutduğu kimi, xalqında öz memarlığına sevgi oyatmağı bacarır.

Hüqo kilsəyə diqqəti artırır, bununla ölümcül vəziyyətdə olan kilsə canlanır, dünyada daha da tanınır. Notr-Dam il ərzində 20 milyondan çox insanın ziyarəti ilə Avropanın ən çox ziyarət edilən məkanına çevrilmişdi.

Kilsə müxtəlif illərdə restavrasiya olunub.


Xəbərə aid fotolar