Azərbaycanda bu sahədə çalışanlar daha yüksək maaş alır


Digərləri 17 Apr 2019 20:00:59 205 0

Azərbaycanda bu sahədə çalışanlar daha yüksək maaş alır

2019-cu il martın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1534,3 min nəfər olub.

Bakı. Elçin Mehdiyev - 2019-cu il martın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1534,3 min nəfər olub. Trend-in məlumatına görə, onlardan 865,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 669,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.