Dükanlarda “saxta” on manatlıq əskinas təşvişi


Digərləri 17 Apr 2019 18:27:00 258 0

Dükanlarda “saxta” on manatlıq əskinas təşvişi

Son günlər sosial şəbəkələrdə 10 manatlıq əskinaslarla bağlı problem yaşayan vətəndaşların paylaşımları yayılır. Şəbəkə istifadəçiləri dükanlarda alış-veriş zamanı yeni 10 manatlıq əskinaslardan istifadə edə bilmədiklərini deyirlər. Mağazalarda satıcılar yeni əskinasların saxta olduğunu iddia edərək onları götürməkdən imtina edirlər. Hətta bəzi satıcılar alıcıları polislə təhdid edir, bu isə vətəndaşlarda çaşqınlıq və təşviş yaradır.

Son.az Oxu.az-a istinadən xatırlatma üçün bildirir ki, şəkildə gördüyünüz 10 manatlıq əskinaslar saxta deyil.

Bu pullar yeni dövriyyəyə buraxılmış 10 manatlıq əskinazdır.

Belə ki, cari ilin mart ayının 18-dən etibarən yenilənmiş 10 manatlıq əskinaslar artıq tədavülə buraxılıb. Əskinasın əsas dizayn elementləri (İçəri şəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb.


Xəbərə aid fotolar