Şəmkirdə qadın qaynını bıçaqladı


Digərləri 17 Apr 2019 16:29:00 207 0

Şəmkirdə qadın qaynını bıçaqladı

Şəmkirdə bıçaqlanma hadisəsi qeydə alınıb. 

Son.az Oxu.az-a istinadən xəbər verir ki, Esmira Firudin qızı Abdullayeva qaynı Elmar Şəmşir oğlu Abdullayevi bıçaqlayıb. 

Hadisə rayonun Qaracəmirli kəndində, gecə saatlarında baş verib. 

Mübahisə zamanı E.Abdullayeva qaynına bıçaq xəsarəti yetirib və yaralı xəstəxanaya yerləşdirilib. 

E.Abdullayeva Şəmkir rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırmalar aparılır.