16 maddədən ibarət Türkan Şoray qanunları...


Digərləri 17 Apr 2019 15:29:00 298 0

16 maddədən ibarət Türkan Şoray qanunları...

"Yeşilçam"ın ulduzu Türkan Şoray Türkiyədə olduğu kimi, Azərbaycanda da kifayət qədər məşhurdur. Hər kəs onun adı gələn zaman məsum gözəlliyini, iri gözlərini və film sektorunda yaratdığı qanunları yada salır.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 73 yaşlı ustad kino arenasından uzaqlaşdığını açıqlasa da, hələ də aktrisa kinoları ilə gündəmdən düşmür. Türkiyənin "Takvim" qəzeti əksər insana tam olaraq məlum olmayan "Türkan Şoray qanunları"nı açıqlayıb.

16 maddədən ibarət olan qanun T. Şorayın özü tərəfindən hazırlanıb.

1. Türkan Şoray filmin ssenarilərini çəkilişdən ən azı 1 ay əvvəl oxumalıdır.

2. Əgər ssenari bəyənilmirsə, yeni ssenari hazırlanmalıdır.

3. Filmin rejissorunu və baş kişi qəhrəmanı seçərkən Türkan Şoraydan məsləhət alınmalıdır və o, hə" deyirdisə, layihə baş tuta bilərdi.

4. Türkan Şoray adı afişalarda, kino zallarda başda və tək yazılmalı idi.

5. Filmdə öpüşmə və açıq-saçıq səhnələrə yer verilməməlidir.

6. Tarixi kinolarda geyimləri şirkət verməli, müasir filmlərdə isə öz paltarlarından istifadə etməlidir.

7. Kino çəkilişi təkcə İstanbulda olmalıdır, o, İstanbuldan kənar çıxa bilməzdi.