Aprel qələbəsinin üçüncü ildönümünə həsr olunmuş tədbirlər keçirilib


Digərləri 17 Apr 2019 13:52:00 235 0

Aprel qələbəsinin üçüncü ildönümünə həsr olunmuş tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova tərəfindən Aprel qələbəsinin üçüncü ildönümünə həsr olunmuş tədbirlər təşkil edilib.

Bakı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova tərəfindən Aprel qələbəsinin üçüncü ildönümünə həsr olunmuş tədbirlər təşkil edilib. Trend-in məlumatına görə, bu günlərdə Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan, Azərbaycan Qadın və İnkişaf Mərkəzi nəzdində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin müntəzəm və səmərəli fəaliyyət göstərən, Bakı şəhərinin müxtəlif məktəblərində təhsil alan 100-dən çox şagirdi birləşdirən Liderlik Məktəbində bu mövzuda tədbir keçirilib. Tədbirdə Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev, “Yeni yazarlar və sənətçilər” İctimai Birliyinin sədri Aydınxan Əbilov, əməkdar jurnalist, hərbçi-şair Rəşad Faxralı və b., Liderlik Məktəbinin üzvləri və valideynlər iştirak ediblər. F.Ağayev tariximizin şanlı səhifələrindən olan Aprel zəfərinin əhəmiyyətini, Azərbaycan ordusunun uğurlu əks həmləsi nəticəsində xeyli irəliləyiş edərək mühüm strateji mövqelərin ələ keçirildiyini xüsusi vurğulayıb, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirilən uğurlu siyasət nəticəsində hərbi sənaye sahəsində qısa müddətdə əldə edilmiş nailiyyətlər və hərbi potensialımızın gücləndirilməsi barədə danışıb. Aparatın əməkdaşı aprel hadisələri günləri Ombudsmanın döyüş bölgələri olan Goranboy, Naftalan, Tərtər, Ağdam və Füzuli rayonlarının təmas xəttindəki yaşayış məntəqələrinə gəldiyini, yerli sakinlərlə görüşdüyünü, ermənilərin atəşi nəticəsində evlərin və sosial obyektlərin dağıldığının şahidi olduğunu, azad edilmiş strateji yüksəklik olan əfsanəvi Lələtəpəyə kimi getdiyini qürurla söyləyib. Daha sonra Cocuq Mərcanlının qısa müddət ərzində böyük dağıntılardan bərpa olunması, burada sürətli tikinti-abadlıq işlərinin aparılması, infrastrukturun yaradılması, yerli əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması ilə Böyük Qayıdış Proqramının başlanğıcının qoyulduğu, Müvəkkilin ora bir neçə dəfə səfərlər etdiyi, yerli sakinlər və əsgərlərlə görüşdüyü diqqətə çatdırılıb. E.Süleymanovanın Aprel qələbəsinin ildönümü ilə bağlı Zəfər yürüşündə iştirakı, Horadiz şəhərində dəfələrlə “Aprel Şəhidlərinə Xatirə” abidəsini ziyarət etdiyi bildirilib.