Azərbaycanda cəzaların humanistləşdirilməsi 6 mindən çox vətəndaşa şamil olunub


Digərləri 17 Apr 2019 12:09:00 177 0

Azərbaycanda cəzaların humanistləşdirilməsi 6 mindən çox vətəndaşa şamil olunub

"Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ildə Azərbaycanda cəzaların humanistləşdirilməsi, Cinayət Məcəlləsinə 300-dən çox dəyişiklik məhkəmələr tərəfindən 6 mindən çox məhkum barəsində tətbiq edilib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

R.Rzayev bildirib ki, onlardan 1700-dən çox məhkum cəzadan tamamilə azad edilib, 2500-dən çox məhkumun cəza müddəti azaldılıb.