NyuYorkda sürücülük vəsiqəsi sahibləri avtomatik olaraq orqan donoruna çevrilə bilərlər


Digərləri 17 Apr 2019 07:55:00 228 0

NyuYorkda sürücülük vəsiqəsi sahibləri avtomatik olaraq orqan donoruna çevrilə bilərlər

Nyu-York ştatının Assambleyasında təqdim olunan yeni qanun layihəsinə görə, sürücülük vəsiqəsinə sahib olan hər kəs avtomatik olaraq orqan donoruna çevrilə bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Assambleyanın üzvü Pet Berkin hazırladığı sənədə əsasən, ştatın yaşı 18 və daha yuxarı olan bütün sakinləri donorların siyahısına daxil ediləcək. Qanun layihəsi hələ müzakirələrin birinci mərhələsindədir və ola bilər ki, sənədə düzəlişlər edilsin. Berk deyib ki, qanun layihəsini Assambleyadakı baxılacaq sənədlərin siyahısına daxil etməkdə onun niyyəti Nyu-York ştatında orqan donorlarının sayının artırılması ilə bağlı müzakirələrə başlamaq olub. Qanunverici bildirib ki, hazırda Nyu-York ştatında orqanlar və toxumalar gözləyənlərin siyahısında 9 min insan qeydə alınıb. Hər potensial orqan donoru 8 nəfərədək insanın həyatını xilas edə bilər.