Tibb dünyasında inqilab Ürək istehsal edildi FOTO


Digərləri 17 Apr 2019 00:45:00 267 0

Tibb dünyasında inqilab  Ürək istehsal edildi  FOTO

İsrailli alimlər insan toxuması və damarlardan istifadə edərək 3 ölçülü printerdə bir ürək istehsal edə biliblər.

Son.az ölkə.az-a istinadən bildirir ki, dünyada bir ilk olan bu hadisə orqan nəqli sahəsində cığır aça biləcək bir inkişaf kimi qiymətləndirilib.

Tel-Əviv universitetinin alimləri bir xəstəyə aid hüceyrələri və biolojik materialların vasitəsilə 3 ölçülü printerdə ürək istehsal ediblər. Layihəyə rəhbərlik edən professor Tal Dvir deyib:

"Dünyada ilk dəfə bütün bir ürək hüceyrələri, qan damarları, kameraları və qarıncıqları ilə birlikdə bütün olaraq uğurlu bir şəkildə hazırlandı və istehsal edildi".


Xəbərə aid fotolar