Azərbaycan 2 ayda 86 ölkəyə məhsul ixrac edib


Digərləri 16 Apr 2019 21:37:06 208 0

Azərbaycan 2 ayda 86 ölkəyə məhsul ixrac edib

2019-cu ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 86 ölkəyə məhsul ixrac olunub, 138 ölkədən idxal olunub.

Bakı. Elçin Mehdiyev - 2019-cu ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 86 ölkəyə məhsul ixrac olunub, 138 ölkədən idxal olunub. Trend-in məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 5 milyard 121,2 milyon dollar, o cümlədən ixracın dəyəri 2 milyard 955,4 milyon dollar, idxalın dəyəri 2 milyard 165,8 milyon dollar təşkil edib, nəticədə 789,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 13 faiz, o cümlədən idxal 49,1 faiz artıb, ixrac isə 4 faiz azalıb. Real ifadədə dövriyyə 6,1 faiz, o cümlədən idxal 18,7 faiz, ixrac 0,1 faiz artıb.