Allah Təala Həzrət Abbasa mələklərə xas xüsusiyyət əta etmişdi


Digərləri 16 Apr 2019 21:10:00 212 0

Allah Təala Həzrət Abbasa mələklərə xas xüsusiyyət əta etmişdi

Qətiyyətlə demək olar ki, necə ki, Musa (ə) ilə Harun yaxın qardaşlar idilər və qardaşlıqda hamı üçün nümunə idilər, eləcə də Peyğəmbər (s)  İmam Əli (ə) ilə, İmam Həsən (ə) İmam Hüseynlə (ə), Əbülfəzl Abbas (ə) İmam Hüseynlə (ə) belə idi.

Son.az deyerler.org-a istinadən bildirir ki, Əhli-Beyt (ə) məktəbində Məsumlarımız (ə) həmişə hamı üçün örnək və nümunə olmuşdular. Heç bir zaman məsum olmayan birini onlara yaxın tutmamışdılar. Əbülfəzl Abbas və Xanım Zeynəb (s.ə), Həzrət Məsumə (s.ə) - tək insanlardır ki, məsum olmasalar da, bütün bəşər üçün nümunə və örnəkdirlər.

Məsum İmamların (ə) başqa övladları və qardaşları da olmuşdur ki, məsum olmamışdılar. Ancaq bu övladlardan heç biri Əhli-Beyt (ə) davamçılarının qəlbində sözügedən mübarək şəxsiyyətlər kimi məqama malik olmamışdılar.

Həzrət Abbasla İmam Hüseynin (ə) qardaşlıq münasibəti tamamilə başqa cür idi. Abbas şücaət və igidlikdə ad qazanmış və İmamın (ə) bayraqdarı olmuşdur. İmam Hüseyn (ə), bayrağını başqa igidlərə də verə bilərdi. Ancaq yalnız Həzrət Abbas bu məqama layiq görülmüşdü.

Ona görə də deyə bilərik ki, Əbülfəzl Abbasın üstün sifətləri çox olmuşdur. Ancaq onların arasından ixlaslıq sifəti başqa fəzilətlərini üstələmişdir.