Fahişəliyə məcbur edilən 13 qadın...


Dünya 16 Apr 2019 19:30:00 222 0

Fahişəliyə məcbur edilən 13 qadın...

Ankarada insan alveri etdiyi müəyyən olunan cinayət təşkilatına qarşı 11 ünvanda bərabər zamanlı keçirilən əməliyyatda 6 şübhəli yaxalanıb.

Son.az Metbuat.az-a istinadla xəbər verir ki, əməliyyatda 13 qadın azad edilərkən, cinayət təşkilatına liderlik etdiyi müəyyən olunan Mətn U.nun həbsxanada olduğu və təşkilatı buradan verdiyi göstərişlərlə idarə etdiyi müəyyən olunub.

Əxlaq Buro Rəisliyi polisləri insan alveri etdikləri və Ankaraya gətirdikləri qadınları zorla işlətdikləri müəyyən edilən cinayət təşkilatını təqibə alıb.

Aparılan texniki və fiziki təqib işləri sonrası hərəkətə keçən polis, 25 komandayla 11 ayrı ünvana eyni zamanda əməliyyat təşkil edib.

Aşkar edilən ünvanlarda 6 şübhəlini həbs ediblər, fahişəliyə məcbur edilən 4 Özbəkistan, 6 Qırğızıstan, 3 Qazaxıstan vətəndaşı olmaqla,13 əcnəbi əsilli qadını da xilas edib.


Xəbərə aid fotolar