Özlərini apara bilməyən şəhər sakinləri


Digərləri 16 Apr 2019 17:54:00 222 0

Özlərini apara bilməyən şəhər sakinləri

Paytaxtımızın park və küçələri bəzi vətəndaşların tullantı yerinə çevrilir. Bu günlərdə Bakıda parkda tum çırtlayaraq, yeri zibilləyən qadın ictimai qınağa səbəb olub. Videonu izləyənlər gənc valideyni tənqid edərək övladına pis örnək olduğunu bildiriblər.

Son.az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Rəşad Əsgərov - Sosioloq: "İnsanlar işlətdiyi ərzaq məhsulları olsun, yaxud da müəyyən tullantı məhsulları olsun, küçələrə atırlar, xiyabanlarda yerə atırlar. Bununla da şəhəri çirkləndirirlər. amma təsəvvür edin bütün insanlar belə çirkabları küçələrə, xiyabanlara atarlarsa, onda şəhər bir xarabalığa çevrilər, sivil bir cəmiyyətdən, sivil bir şəhərdən, parkdan danışmaq mümkün olmaz".

Aydınxan Əbilov - Kulturoloq: "Şəhərdə yaşayan insanlar ağına-bozuna baxmadan şəhərimizi çirkləndirməklə məşğuldur. Ən qəribəsi budur ki, son yayılmış videoda da görünür bunu edən analardır. Buna baxan uşaq ananı zibillədiyi şəhərdə sabah o daha başqa zibillər törədəcək, ekologiyanı pozacaq".

Şəhəri zibilləmək Azərbaycan respublikası qanunvericiliyinə əsasən inzibati xəta hesab olunur və 50 manat məbləğində cəriməyə səbəb ola bilər.

Samir Qasımov - Vəkil: "Bu halı əgər kimsə görürsə, müəyyən edirsə ki, kimsə küçəni batırdı, həmin hadisənin şəklini çəkə. Şəkli polisə və digər orqanlara göndərərək, həmin şəxsin cəzalandırılmasını tələb edə bilər".


Xəbərə aid fotolar