NotrDamın yenidən qurulması üçün məşhurlar da pul verəcək


Dünya 16 Apr 2019 17:59:00 220 0

NotrDamın yenidən qurulması üçün məşhurlar da pul verəcək

Parisdə yerləşən məşhur Notr-Dam kilsəsinin yanması bütün dünya gündəmini zəbt edib. Parisin ən simvolik memarlıq abidələrindən biri olan kilsənin məhv olması hamını kədərləndirib. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, yanğının nədən baş verdiyi hələ açıqlanmasa da, kilsəyə dəyən ziyan hesablanıb. 

Milyonlarla insan Parisin qədim tikilisinin yanmasını izləyib. Notr-Dam təkcə Fransanın paytaxtında yerləşən tikili yox, həm də Avropanın incəsənət nümunəsi idi. 

Tarixi binanın tikilişi XII əsrdə başlamış və 200 il davam edib. Fransa prezidenti Emmanuel Makron Notr-Damın yenidən təmir ediləcəyini və əvvəlki halına qaytarılacağını bildirib. Bunun üçün isə çoxlu pul və uzun vaxt tələb edilir. 


Xəbərə aid fotolar