Sılanın qanlı köynəyini istəyirlər


Digərləri 16 Apr 2019 17:34:00 257 0

Sılanın qanlı köynəyini istəyirlər

Türkiyəli məşhurlar Ahmet Kural və Sılanın məhkəmə prosesi davam edir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu dəfə Sılanın vəkili cütlüyün arasında dava çıxan gün ifaçının əynində olan qanlı köynəyinin sübut kimi qəbul edilməsini tələb ediblər.

Bildirilir ki, onlar yenidən köynəyin analiz etməlidirlər.

"Hər nə qədər müvəkkilimin döyüldüyü vaxt əynində olan və cırılan köynəyin sübut kimi götürülməyini tələb etsəm də, bunu qəbul etmədilər. Amma biz fotoların yetərincə sübut dəyərinin olmadığını söyləyib, qanlı köynəyin götürülməsini istəyirik" deyə, Sılanın vəkili bildirib.

Kuralın vəkilləri isə köynəyin vəziyyəti barədə xəbərsiz olduqlarını bildiriblər.