“Anamı qucaqlamaq istəyirəm, buna ehtiyacım var”


Digərləri 16 Apr 2019 16:29:00 385 0

“Anamı qucaqlamaq istəyirəm, buna ehtiyacım var”

ARB TV-nin "Bu qədər" proqramının növbəti buraxılışında mərhum ginekoloq Səbinə Mirzəyevanın həyatından danışılıb.

Son.az xəbər verir ki, övladları və rəfiqələri onun haqqında xatirələrini bölüşüblər:

Tamerlan Qasımov - Oğlu: "Anam müdrik idi. O anlayırdı ki, uşaqları cəzalandırmaq əvəzinə öyrətmək lazımdır. İstəyirəm anamın məni görmək istədiyi kimi olum. Onun ümidlərini doğruldum. Gələcəyimi anamın istədiyi kimi qurmaq istəyirəm. Hər zaman ona güvənirdim. Ondan məsləhət almaq istəyirəm. Soruşmaq istəyirəm ki, indi nə edim? Necə davranmalıyam? Çalışıram, amma hiss edirəm ki, bu bəs etmir. Sadəcə onu görmək, qucaqlamaq istəyirəm. Buna ehtiyacım var, başqa heçnə istəmirəm".

Süleyman Qasımov - Oğlu: "Anam bizə acıqlanırdı, amma heç vaxt döymürdü. O başa düşəndə ki, biz etdiyimiz hansısa yanlış hərəkətin fərqinə vardıq, daha bizi cəzalandırmırdı. Bizə güvənirdi. Anam istəyir ki, mən onda da çox naliyyətə sahib olum. Bəzən mən özümü danlayanda ki, axı mən bunu niyə etdim? Mən heç nə bacarmıram. Anam deyirdi ki, sən nə danışırsan?! Sən her şeyə nail olacaqsan. Bir şey etmək istəyəndə onu düşünürəm, onun kimi olmaq istəyirəm. Böyüyəndə anam kimi həkim olmaq istəyirəm".


Xəbərə aid foto