Skopyedə bərpa olunan enerji üçün dəstək sxemlərinin hazırlanması və tətbiqi məsələləri müzakirə edilib


Digərləri 16 Apr 2019 15:23:00 174 0

Skopyedə bərpa olunan enerji üçün dəstək sxemlərinin hazırlanması və tətbiqi məsələləri müzakirə edilib

Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) tam və assosiativ üzvlərinin nümayəndələrinin görüşü baş tutub.

Bakı. Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) tam və assosiativ üzvlərinin nümayəndələrinin görüşü baş tutub. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Enerji Məsələlərini Tənzimləmə Agentliyi İdarə Heyətinin (EMTA) sədri Samir Axundovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib. 15-16 aprel tarixlərində keçirilən ikigünlük tədbirin ilk günündə ERRA Tarif Komitəsinin, ERRA Lisenziyalaşdırma və Rəqabət Komitəsinin, həmçinin ERRA Baş Assambleyasının iclasları keçirilib. Görüşlərə müvafiq sahələr üzrə ekspertlər olan milli nümayəndə heyətinin üzvləri - EMTA əməkdaşları qatılıblar. Komitələrin iclasları zamanı 2019-2020-ci illəri əhatə edən iş planı təqdim edilib, tariflərdə baş vermiş dəyişikliklərin və digər aktual məsələlərin müzakirə edildiyi dəyirmi masalar təşkil olunub, bərpa olunan enerji üçün dəstək sxemlərinin hazırlanması və tətbiqi məsələləri, pərakəndə satış bazarlarının funksionallığı və lisenziyalaşdırmada yeni meyarlar müzakirə edilib.