Moskvada “TransRussia-2019” 24-cü Beynəlxalq nəqliyyat-loqistika və nəqliyyat texnoloqiyaları sərgisi keçirilir (FOTO)


Digərləri 16 Apr 2019 15:01:35 231 0

Moskvada “TransRussia-2019” 24-cü Beynəlxalq nəqliyyat-loqistika və nəqliyyat texnoloqiyaları sərgisi keçirilir (FOTO)

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “TransRussia-2019” 24-cü beynəlxalq nəqliyyat-loqistika və nəqliyyat texnoloqiyaları sərgisi işə başlayıb.

Bakı. Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “TransRussia-2019” 24-cü beynəlxalq nəqliyyat-loqistika və nəqliyyat texnoloqiyaları sərgisi işə başlayıb. "Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə verilən məlumata görə, aprelin 15-dən 17-dək davam edəcək sərgidə 27 ölkədən 395-dən çox şirkət müxtəlif nəqliyyat növləri ilə yüklərin daşınması, liman və terminallarda yüklərin idarə edilməsi, əndazəsiz yüklərin daşınması üzrə xidmətlərini təqdim edirlər. Sərgidə ilk dəfə olaraq Azərbaycan milli pavilyonu fəaliyyət göstərir. 120 kv/m sahədə qurulan pavilyonda “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının stendləri yerləşir. Hər üç şirkətin nümayəndələri sərgi iştirakçılarına ölkəmizin tranzit imkanları, dəmir yolu, dəniz nəqliyyatı ilə daşımalar, limanlarımızın imkanları, Azərbaycanın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanları və üstünlükləri barədə ətraflı məlumat veriblər.