"Mazımçay"da narkotik keçirmək istəyən şəxs saxlanılıb


Digərləri 16 Apr 2019 14:51:18 240 0

"Mazımçay"da narkotik keçirmək istəyən şəxs saxlanılıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşına məxsus əl çantası rentgendən keçirilərkən monitorda şübhəli təsvirlər müşahidə olunub.

Bakı. Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşına məxsus əl çantası rentgendən keçirilərkən monitorda şübhəli təsvirlər müşahidə olunub. Bundan sonra gömrükçülər tərəfindən həmin vətəndaşın əl çantasına baxış keçirilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxış zamanı çantadakı pul qabının içərisində gömrük orqanına bəyan olunmayan 2 ədəd bükülüdə 1 qram narkotik vasitə - marixuana aşkarlanıb.